16 İyun 2014 19:09
918

İraq Şam İslam Dövləti qruplaşmasının generalı əsir düşüb.

Mosul vilayət şurasının Məslis rəhbəri Bəşər Kiki verdiyi açıqlamasında bildirib ki, İŞİD-in Mosul əməliyyatına rəhbərlik edən general Muhammed Muhsin Əbu Elvelidi Telaferdə əsir götürülüb.

Qeyd edək ki, vəhabi təriqətindən olan İŞİD Suriyanın ardından İraqın bir neçə yaşayış məntəqəsini ələ keçirib.

Son məlumatlara görə, terrorçu qruplaşma Bağdadı ələ keçirmək üzrədir.

Fidan


Müəllif: