Rusiyalılar arasında keçirilən rəy sorğusu bu ölkənin ən yaxın dostlarını müəyyənləşdirib.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, ruslar ən yaxın dostlar sırasında Belarusiya (68 faiz), Çin (56 faiz) və Qazaxıstan üçlüyünün adını çəkiblər.
"İctimai rəy" Fondunun sorğusuna görə, 104 yaşayış məntəqəsində 1500 respondent arasında keçirilmiş rəy sorğusunda Hindistan (26 faiz), Kuba (15 faiz), Braziliya (10 faiz), Venesuela (9 faiz), Yaponiya və Almaniya (8 faiz), İran və İsrailin də (7 faiz) adı çəkilir.
Sorğuda ən aşağı göstərici Türkiyə, Ukrayna və ABŞ-a aiddir. Respondentlərin yalnız 1 faizi bu ölkələri Rusiyaya dost hesab edir.
Mahir