Argentinanın prokuroru Gilermo Marixuan keçmiş prezident Kristina Fernandes de Kirşnerə qarşı çirkli pulların yuyulması işi üzrə ittiham irəli sürüb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Röyter xəbəryayıb.
İttiham barədə çirkli pulların yuyulmasında təqsirləndirilən Leonardo Farinyanın ifadə verməsindən sonra qərar qəbul edilib. O, eks-prezident Fernandes və onun ərininçirkli pulların yuyulmasında iştirak etdiyini bildirib. Təqsirləndirilən şəxs keçmiş planlaşdırma naziri Xulio de Vidonun da çirkli pulların yuyulmasında əsas fiqurlardan olduğunu bildirib.