10 Aprel 2016 09:53
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Abbas Əraqçi aprelin 10-da Türkiyəyə səfər edəcək.

APA - nın Tehran bürosunun məlumatına görə, A.Əraqçi İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Şurasına (İƏT) üzv ölkələrin dövlət başçılarının sammitinin gündəliyini müzakirə etmək məqsədi ilə Türkiyəyə səfər edir.

İƏT-ə üzv ölkələrin dövlət başçılarının sammiti gələn həftənin 14-15 aprel tarixlərində İstanbulda keçiriləcək.

Sammitdən öncə 10-11 aprel tarixlərində ekspertlər, 13-14 apreldə isə İƏT -ə üzv ölkələrin XİN başçılarının iclası keçiriləcək.

Qeyd edək ki, İƏT-in baş katibi İyad bin Amin Mədənibit neçə gün əvvəl Dağlıq Qarabağda da baş verən döyüşlərdən narahatçılığını ifadə edib. O, Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz və dərhal işğal olunmuş ərazilərdən geri çəkilməsini tələb edib.

İyad bin Amin Mədənibit Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.


Müəllif:

Oxşar xəbərlər