10 Aprel 2016 13:35
3 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənini cənub-şərqində PKK terror təşkilatına qrşı antiterror əməliyyatlarında zərərsizləşdirilən 7 snayper atıcısının Ermənistan ordusunun xüsusi təyinatlıları olduğu müəyyən edilib.

Publika.az “Vatan” qəzetinə istinadən xəbər verir ki, terror üzrə ekspert, istefada olan hərbçi, Maltəpə Universitetinin professoru Mesut Hakki Çaşinin szölərinə görə, ermənilərin ASALA terror təşkilatı ilə PKK terror təşkilatı arasında dərin bağ var.

Çaşin qeyd edib ki, PKK-nın bəzi birlikləri ASALA üzvlərindən təşkil edilib: “Əldə etdiyim məlumata görə, son 3 ay ərzində döyüşlərdə ölən PKK snayper atıcılarının 7 nəfərinin Ermənistan ordusunun xüsusi təyinatlısı olduğu müəyyən edilib. Hətta zərərsizləşdirilən erməni əsgərlərinin Ermənistana göndərilməməsi Ermənistan ilə PKK arasında problemə çevrilib”.

Onun sözlərinə görə, PKK, PYD və ASALA-nın məqsədi hazırda dünyanın 17-ci ən böyük iqtisadiyyatı olan Türkiyənin 2023-cü ildə dünyanın ən böyük 10 iqtisadiyyatı sırasına daxil olmasının qarşısını almaq, Türkiyənin böyüməsini əngəlləməkdir. Çaşin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı PKK/PYD/ASALA bağlantısına diqqət çəkdiyini xatırladıb. Onun fikrincə, Türkiyə-Ermənistan və PKK/PYD problemlərini bir arada dəyərləndirmək lazımdır.


Müəllif:

Oxşar xəbərlər