Ukraynanın Baş naziri Arseni Yatsenyuk istefa verdikdən sonra nə ilə məşğul olacağına aydınlıq gətirib. Qeyd edək ki, o, tutduğu postdan bu gün istefa verib.
Teleqraf.com xəbər verir ki, Arseni Yatsenyuk Ukrayna telekanallarında yayımlanan "Baş nazirlə 10 dəqiqə" proqramında gələcək fəaliyyətindən danışıb.
«Baş nazir vəzifəsindən imtina edirəm və dövlət qarşısında öz milli borcumu ləyaqətlə təsdiq edirəm. Bundan sonra öz işimi daha geniş planda görürəm. Yeni seçki qanunvericiliyi, konstitusiya və məhkəmə islahatları, yeni hökumətin üzərindəkoalisiya nəzarəti, Ukraynaya beynəlxalq dəstək, Ukraynanın Avropa Birliyi və NATO-ya üzvlüyü - bunlar mənim proqramımın bir hissəsidir", - Yatsenyuk qeyd edib.
Qeyd edək ki, Yatsenyuk Ukrayna Ali Radası tərəfindən 27 fevral 2014-cü ildə Baş nazir təyin edulmişdi.
Nihad