11 Aprel 2016 08:35
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cənub-Şərqində separatçı terror qruplaşması PKK ilə insident zamanı təhlükəsizlik qüvələrinin zərərsizləşdirdiyi 7 snayperin Ermənistan ordusuna aid desantlar olduğu müəyyən edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə beynəlxalq terrorizm mütəxəssisi, istefada olan zabit, “Maltepe” universitetinin akademiki professor Mesut Hakkı Caşin danışıb. Caşin PKK terror qruplaşmasının terrorçu ermənilərə aid “Asala” təşkilatının davamı olduğunu bildirib.

“Asala bitmədi. Silahlı terror hərəkatı PKK-ya çevrildi. Mən də vəzifəli zabit kimi münaqişə bölgəsində olmuşam. PKK-nın bəzi blokları “Asala”dan ibarətdir. Son 2-3 aylıq insidentlərdə öldürülən PKK snayperlərindən 7 nəfərinin Ermənistan ordusunun desantı olduğu müəyyən edilib. Hətta məhv edilən erməni əsgərlərinin cəsədlərinin göndərilməməsinə görə Ermənistanla PKK arasında problem yaranıb.”

Hazırda Türkiyənin dünyanın 17-ci iqtisadi gücü olduğunu deyən professor M.H.Caşin bildirib ki, Türkiyənin hədəfi 2023-cü ilə qədər ilk onluğa girməkdir. PKK, PYD və Asalanın məqsədinin Türkiyənin inkişaf etməsinin qarşısını almaq olduğunu deyən Caşin ölkə prezidentinin ABŞ səfərində PKK-PYD-Asala həmrəyliyinə diqqəti cəlb etdiyi xatırladıb. “Türkiyə-Ermənistan və PKK/PYD problemləri birlikdə dəyərləndirilməlidir. Bu qruplaşmaların ortaq hərəkəti bu bərabərliyi təsdiq edir.” – deyə professor vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər