Azərbaycan Qarabağ münaqişəsinin həllilə bağlı danışıqlarda mövqelərini gücləndirməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bunu «İlur» portalına müsahibəsində Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.
Onun sözlərinə görə, atəşkəs rejiminin uzunmüddətli olacağını söyləmək çətindir: "Rusiyadan çox şey asılıdır. Madrid prinsipləri üzrə danışıqlar davam edəcək. Ermənistan mövqeyini bir qədər də sərtləşdirməlidir. İndi döyüş diplomatik xarakter daşıyacaq. Sərkisyan özünü zəif aparmamalıdır"