Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman yeni hökumətə rəhbərlikdən imtina edib.
Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, buna onun tələblərinin nəzərə alınmaması səbəb olub.
"Petro Poroşenkonun Bloku"ndan Ali Radanın deputatı Mustafa Nayem bildirib ki, hazırkı parlament sədri danışıqlar prosesində onun şərtləri nəzərə alınmadığı üçün Nazirlər Kabinetinə rəhbərlikdən imtina edib.
Nihad