Diyarbəkir vilayətinin Hani rayonunda PKK qruplaşmasının üzvləri minalanmış avtomobili partladıblar.
Bu barədə APA "Anadolu" agentliyinə istinadən xəbər verir.
Hücum nəticəsində yaralıların olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili-tibbi yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hücumda yaralanan əsgərlər hərbi hospitala göndəriliblər.