Güney Azərbaycanda soydaşlarımızın Urmu gölünün qurumasına qarşı apardığı kütləvi mübarizə indiyədək ciddi bir nəticə verməyib. Ona görə də soydaşlarımız növbəti dəfə ölkə rəhbərliyi və ictimaiyyətin diqqətini Urmu gölünə cəlb etmək məqsədi ilə bir araya gəliblər.
Teleqraf.com GünAZ TV-yə istinadən xəbər verir ki, bir qrup ətraf mühit fəalı Urmu gölü ətrafı və Cığatu (Zərinerud) çayı ilə Tatau çayının (Siminerud) birləşdiyi nöqtəyə toplaşaraq əraziyə baxış keçiriblər. Yığıncaqda iştirak edən fəalların əksəriyyəti Şərqi və Qərbi Azərbaycan əyalətlərindən olub.
Urmu gölünün quruma təhlükəsindən qurtulmasını tələb edən ətraf mühit fəalları gölün nicatı üçün dua edib və insan zənciri yaradıblar.
Bəkir