"İŞİD terror təşkilatına qarşı mübarizə üçün İraqa 400 əsgər göndərən ABŞ-ın terrorçuların komandirləri ilə görüşlər keçirdiyi aydınlaşıb".
Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyənin "Yeni Şafak" qəzeti iddia irəli sürüb.
Nəşr hesab edir ki, amerikalı 7 kəşfiyyatçı təşkilatın ikinci ən nüfuzlu şəxsi sayılan Əbu Əhməd Əl Alvani ilə 2 dəfə görüşüb: "Havicə bölgəsində baş tutan görüşlər Mosulun Şammar və Cuburi tayfa rəhbərlərinin vasitəçiliyi ilə keçirilib. Alvani İraqın keçmiş lideri Səddam Hüseynin dövründə hökumət qüvvələrində rəhbər vəzifəni tuturdu. O, İraqın Baas partiyasının sabiq üzvüdür. Onunla amerikalılar arasındakı görüşlər noyabrın 7-i və fevralın 3-də baş tutub. Amerikalılar hazırda İŞİD terrorçuları sırasında iraqlı və xüsusən də "Baas"çıların çox olduğunu bildiriblər".
Qəzetin iddialarına görə, ilk olaraq, vasitəçi kimi İraqda ən nüfuzlu tayfa sayılan Tahii ilə danışıqlar aparılıb. Ancaq bu tayfa Türkiyəyə yaxınlığı ilə seçildiyinə görə danışıqlar yarımçıq dayandırılıb və digər iki tayfalardan vasitəçi kimi istifadə olunub: "Amerikalı kəşfiyyatçılar Tahii ilə aparılan danışıqlardan Türkiyənin xəbəri olacağını ehtimal etdilər. Buna görə də Şammar və Cuburi tayfaları görüşlərə çağırıldı. "Baas"çıları danışıqlara cəlb etməklə ABŞ tərəfi İŞİD-in mövqeyini zəiflətməyə çalışırdı. "Baas"ın üzvləri Səddamın keçmiş komandirləri və onların tərəfdarlarıdır ".
Bundan başqa, qəzet İŞİD-in hazırkı lideri Əbu Bəkr əl Bağdadinin 3 dəfə ölümdən döndüyünü, 2 dəfə ağır xəsarət aldığını bildiriblər. Eyni zamanda Bağdadi yaxınları tərəfindən iki dəfə sui-qəsdlə üzləşib.
Samir