12 Aprel 2016 23:36
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İslam dünyası kimi Suriyadakı hadisələrin qarşısını almağın vaxtı çoxdan yetişib. Suriyada sülhə nail olmaq üçün var gücümüzlə çalışmalıyıq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu aprelin 12-də İslam Əməkdaşlıq Təşkilatı ölkələri xarici işlər nazirlərinin İstanbulda keçirilən toplantısında deyib.

Çavuşoğlu Suriyada sülhün xalqına zülm edən Bashar Assad rejimi ilə mümkün olmadığını bildirib.

O həmçinin Fələstin xalqının üzləşdiyi zülmün regionun əsas problemlərindən biri olduğunu deyib.

Savuşoğlu bildirib ki, fələstinliləri öz ölkələrindən məhbrum etməyə heç bir əsas yoxdur və bu regionda sabitlin təmin edilməsini əngəlləyir.

Toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.


Müəllif:

Oxşar xəbərlər