Rusiya və Səudiyyə Ərəbistanının nümayəndələri neft hasilatının həcminin azaldılması barədə razılıq əldə ediblər. Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
“Bu gün Səudiyyə Ərəbistanı və Rusiya nümayəndələri arasında keçirilən görüşdə neft hasilatının azaldılması məsələsində konsensus əldə olunub”, - deyə məlumatda qeyd olunur.
Səudiyyə Ərəbistanı ilk dəfə olaraq İranın iştirakı olmadan belə bir qərar qəbul edib.