Əfqanıstanda polis əməkdaşı azı 7 həmkarını qətlə yetirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Pakistanla həmsərhəd Qəndəhar əyalətində baş verib. Məlumata görə, atəş açan şəxs hadisə yerini tərk edib.
“Taliban” hərəkatı hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.