Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman ölkənin yeni baş naziri olmağa razılıq verib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "112 Ukrayna" agentliyi məlumat verib.
Qroysma yeni kabinetə qoyulmuş tələbləri bildiyini deyib və vətəndaşların dəstəyini xahiş edib: "Mən bilirəm ki, hökumətin məsuliyyəti böyükdür, tələblər isə çox ağırdır. Əgər xalqın dəstəyi olsa, biz bunu edəcəyik, Ukraynanı böhrandan çıxaracağıq".
Qroysman əlavə edib ki, yeni hökumət korrupsiyaya qarşı mübarizədə qətiyyətli olacaq.
Samir