Ukraynada Ali Radanın sabah yeni hökumətin tərkibini təsdiq edəcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Petro Poroşenkonun Bloku” fraksiyasının nümayəndəsi "İnterfax"a danışıb.
Nümayəndə yeni hökumətdə kimlərin hansı postu tutacağı ilə bağlı məlumat verib:
“Ukrayna prezidenti Petro Poroşenkonun Ali Radadakı təmsilçisi Stepan Kubin yeni hökumətdə baş nazirin birinci müavini - iqtisadi inkişaf və ticarət naziri olacaq. Bundan başqa, Pavel Rozenko baş nazirin sosial məsələlər üzrə müavini, İvanna Klimpuş-Tsintsadze baş nazirin Avropaya inteqrasiya üzrə müavini, Vladimir Kistion baş nazirin hərbi əməliyyatlar üzrə müavini və Dmitri Şimkin isə baş nazirin islahatlar üzrə müavini olacaq.
Hazırda mədəniyyət naziri vəzifəsində olan Vyaçeslav Kirilenko baş nazirin humanitar məsələləri üzrə müavini olacaq. Onun postunu isə Yevqeniy Nişuk tutacaq. Ukraynanın Prezident Administrasiyasının rəhbərinin müavini, prezidentin Nazirlər Kabinetindəki təmsilçisi Aleksandr Danilyuk maliyyə naziri, müavini isə Oksana Markarova olacaq.
Sosial siyasət üzrə nazir vəzifəsini hazırda Vinnitsk şəhər merinin müavini Andrey Reva, ekologiya və təbii sərvətlər naziri vəzifəsini hazırda Ali Radanın deputatı Ostap Semerak, təhsil naziri postunu deputat Liliya Qrineviç, aqrar siyasət və ərzaq naziri postunu deputat Taras Kutovoy, infrastruktur naziri vəzifəsini Vladimir Omelyan tutacaq”.
Nazirlər Kabinetinin aparat rəhbəri Aleksandr Sayenko olacaq. Fraksiya nümayəndəsi əlavə edib ki, energetika və kömür sənayesi naziri və səhiyyə naziri postlarına təyinatla bağlı müzakirələr isə davam etdirilir: “Qroysmanin tələblərinə əsasən, bu postlara müsbət imici olan insanlar seçiləcək”.
Samir