“Suriyada bugünkü seçkilərdə məqsəd ölkədə hər hansı bir siyasi və ya hüquqi nihilizmə yol verilməməsindən irəli gəlir”.
Teleqraf.com xəbər verir ki, bunu aprelin 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 13-də Moskvada keçirdiyi mətbuat konfransında deyib:
“Artıq anlaşma var ki, siyasi prosesin nəticəsi olaraq Suriyada yeni konstitusiya olmalı və bunun əsasında vaxtındanəvvəl yeni seçki keçirilməlidir. Amma hələlik bu baş vermədiyindən Suriyada hüquqi sahə və icraçı hakimiyyətə heç bir boşluğa yol verilməməlidir.Bu seçki də bundan irəli gəlir və biz buna məhz bu cür yanaşırıq”, deyə Lavrov vurğulayıb.
Lavrov həmçinin qeyd edib ki, o ki, qaldı Suriya ilə bağlı sülh prosesinə, biz həm hökumət, həm də müxalifətlə işləyirik, bizim Qərb tərəfdaşlarımız isə hökumətlə heç bir əlaqəyə girmək istəmirlər.
Almaniya isə Suriyadakı seçkiləri tanımadıqlarını bəyan edib.
Aprelin 13-də Suriyada hökumətin nəzarətində olan ərazilərdə parlament seçkiləri keçirilir.