13 Aprel 2016 21:52
2 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım Tatar Məclisinin fəaliyyəti qadağan olundu

Krımın prokuroru Natalya Poklonskaya Krım Tatar Məclisinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Teleqraf.com-un xəbərinə görə, o, TASS-a açıqlamasında "federal qanunvericiliyin pozulmasına yol verməmək üçün" belə bir addım atdığını bildirib.

Poklonskaya bu qərarı qəbul edərkən "Ekstremist fəaliyyətə qarşı" Qanuna istinad etdiyini bildirib. Krım prokurorunun bu qərarı Məclisin Rusiyada fəaliyyəti qadağan olunmuş ictimai birlik və dini təşkilatların siyahısına salınması üçün RF-nın Ədliyyə Nazirliyinə göndərilib

"Bu qərarla Məclisin fəaliyyəti dayandırılır. Məclis üzvlərinə dövlət və bələdiyyə KİV-lərindən istifadə, müxtəlif kütləvi tədbirlər, bank əmanətləri yasaqlanır. Onların bütün təbliğatı qadağan olunacaq", - Krım prokuroru deyib.

Məclisin fəaliyyətinin qadağan olunması barədə bu qərar Krım Ali Məhkəməsinin prokuror Natalya Poklonskayanın iddiası üzrə qərar çıxarmasına qədər qüvvədə olacaq. Qeyd edək ki, Krım prokuroru Ali Məhkəməyə müraciət edərək, Krım Tatar Məclisinin ekstremist təşkilat kimi tanınmasını tələb edib. Hazırda bu tələb məhkəmədə araşdırılır.

Nihad


Müəllif:

Oxşar xəbərlər