14 Aprel 2016 01:55
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Xalq Şurasına (parlament) seçkilərdə səsvermə başa çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə başa çatdıqdan sonra səslərin sayılmasına başlanılıb.


İlkin nəticələr 48 saat ərzində açıqlanacaq. Seçkilərdə 11 mindən çox namizəd iştirak edib. Rakka və İdlib əyalətlərinin əksər ərazilərinin İŞİD və “Cəbhət ən-Nüsrə” terror təşkilatlarının nəzarəti altında olduqları üçün, burada səsvermə keçirilməyib.


Qeyd edək ki, Suriyanın qanunverici orqanı 250 deputatdan ibarətdir. Xalq Şurasına deputatlar ümumi səsvermə yolu ilə 4 il müddətinə seçilirlər.


Müəllif:

Oxşar xəbərlər