17 İyun 2014 10:42
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürdüstanının baş naziri N'çirvan Barzani bəyan edib ki, İraqın biriliyinin qorunub saxlanılacağına inanmır. Siyasətçinin sözlərinə görə, ölkənin İŞİD-çilərin hücumundan öncəki vəziyyətə qayıda biləcəyinə inanmır.

Teleqraf.com-un xəbərinə görə, rzani isə əmindir ki, əsasən, şiələrdən ibarət olan İraq hökuməti, sünnilərin problemlərinə daim laqeyd yanaşıb.

Baş nazirin fikrinə görə, sünnilərin ölkə daxilində Kürdüstan nümunəli muxtariyyət qurması ən düzgün qərar ola bilərdi.

Xatırladaq ki, İraq və Şam İslam dövləti İdeyasının davamçıları İraqın bir neçə iri şəhərini artıq ələ keçiriblər. İntensiv döyüşlər zamanı, silahlı qüvvələr ələ keçirilmiş ərazilərin bir hissəsini qaytarmağa müvəffəq olub.


Müəllif: