14 Aprel 2016 12:32
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko Ali Radada çıxış edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Poroşenko çıxışı zamanı deputatlardan Vladimir Qroysmanın baş nazirlik postuna namizədliyini dəstəkləməyi xahiş edib.

Prezident çıxışı zamanı yeni hökumətdən gözləntilərini açıqlayıb: "Yeni hökumətdən iqtisadiyyatın yüksəldilməsini, xalqın rifah halının yaxşılaşdırılmasını və korrupsiya ilə mübarizənin davam etdirilməsini gözləyirəm".

Qeyd edək ki, bu gün Ali Rada yeni hökumətin tərkibini təsdiq edəcək.

Samir


Müəllif: