"Azad demokratlar" partiyasının sədri, Ermənistan Milli Yığıncağının deputatı Xaçatur Kokobelyan "Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünün dayandırılması prosedurunun başlaması haqqında" bəyanat layihəsini parlamentə təqdim edib.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti erməni KİV-lərinə istinadən xəbər verir.
Bəyanat layihəsində qeyd edilir ki, Avrasiya İqtisadi İttifaqına üzv olmaq Ermənistanın təcridinə və xarici investisiyaların azalmasına gətirib çıxarıb.