15 Aprel 2016 15:24
3 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin canlı yayım zamanı səsləndirdiyi səhv fikir Almaniyada narazılıqla qarşılanıb.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, "Panama qeydləri" ilə bağlı sualı cavablandırarkən, Putin Almaniyanın "Sueddeutsche Zeitung" qəzetini səhvən Amerikanın "Goldman Sachs" şirkətinə məxsus nəşr kimi təqdim edib.

O sənədlərin Amerikanın "Sueddeutsche Zeitung" qəzetində dərc olunduğu fikrini səsləndirib. Hadisədən dərhal sonra Kreml "Sueddeutsche Zeitung" qəzetindən rəsmi formada üzr istəyib. Bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

Samir


Müəllif:

Oxşar xəbərlər