İran Fövqəladə Hallar İdarəsinin rəhbəri Amin Saberinia İranın mərkəzi əyalətlərində baş verən daşqın nəticəsində dörd nəfərin həlak olduğunu açıqlayıb.
Teleqraf.com-un İRNA-ya istinadən verdiyi məlumata görə, o deyib ki, son günlər ölkə ərazisində baş verən təbii fəlakət 4 nəfərin həyatına son qoyub, 2 nəfər barədə məlumat yoxdur.
İran Qırmızı Aypara cəmiyyətinin yaydığı açıqlamada qeyd olunur ki, daşqınlardan 12 əyalətdə 126 şəhər zərər çəkib. Leysan yağışlarının bir neçə gün boyunca ardı-arası kəsilmədən yağdığından çaylarda suyun səviyyəsi qalxıb. İranın cənubundakı Karun çay vadisində yaşayan 5,6 min insan daşqınlardan zərər çəkib.
Nərgiz