Türkiyənin Aksaray bölgəsində namus məsələsinə görə baş verən kütləvi davada ümumilikdə 17 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, 6 ay əvvəl 30 yaşlı Sevda K. adlı qadın cinsi istismara məruz qalması ilə bağlı polisə şikayət edib. Həmin gündən davam edən məhkəmə prosesində bir-birini ittiham edən tərəflər, bu azmış kimi aprelin 14-də məhkəmə binasının qarşısında əlbəyaxa olublar. Hadisə nəticəsində 2 nəfər yaralanıb.
Həmin olaydan 2 gün sonra zərərçəkmiş və ittiham tərəfi avtomobil bazarında yenə qarşılaşıb. Tapanca, tüfəng və bıçaqdan istifadə edilən davada 17 nəfər yaralanıb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Yusif