17 Aprel 2016 15:10
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya İranda 4 milyard dollar dəyərində iki yüksək sürətli dəmir yolunun tikintisinə sərmayə ayıracaq.

APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumatına görə, bununla bağlı İtaliyanın ITINERA şirkəti ilə İranın iki şirkəti arasında müqavilə imzalanıb.


ITINERA şirkətinin rəsmi nümayəndəsi Pino Arlaçi deyib ki, hazırda sərmayə qoyuluşu ilə bağlı sığorta və bank məsələləri üzərində iş gedir. Hesablaşma zamanı avrodan istifadə ediləcək. İran Dəmir Yol Təşkilatının Beynəlxalq əlaqələr idarəsinin rəhbəri Abbas Nazari deyib ki, 4 milyard dollar sərmayə Qum-Arak ıə Tehran-Həmədan yüksək sürətli dəmir yolunun tikintisinə sərf olunacaq. Kredit İtaliyanın SACE Eksport-Kredit Dövlət Agentliyi tərəfindən sığortalanacaq.


Müəllif:

Oxşar xəbərlər