17 Aprel 2016 18:14
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft hasil edən 18 ölkənin nümayəndələrinin iştirakı ilə Dohada rəsmi görüş başlayıb.

Teleqraf.com-un RİA Novosti-yə istinadən xəbərinə görə, görüş nəzərdə tutulandan 6,5 saat sonra başlayıb. Görüşdə neft hasilatının dondurulması ilə bağlı məsələ müzakirə olunacaq.

Dünya bazarında neftin qiyməti ilə bağlı fevralın 16-da Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qatar və Venesuela arasında razılıq əldə olunmuşdu. Onlar istehsalın 2016-ci ilin yanvar ayındakı istehsal səviyyəsində saxlanılması barədə razılığa gəlmişdilər.

Nihad


Müəllif:

Oxşar xəbərlər