17 Aprel 2016 20:44
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Ordu Günü paradı zamanı Rusiya istehsalı olan yeni hava hücumundan müdafiə sisteminin bir hissəsini göstərib.

Yarı rəsmi İSNA xəbər agentliyinin yaydığı fotolarda Tehranın cənubunda keçirilmiş hərbi parad zamanı S-300 raket boruları və radiolokasiya avadanlığı nümayiş etdirilib. İran sistemi özünü müdafiə məqsədilə aldığını iddia edir. ABŞ və İsrail bu satışa qarşıdır.

Mübahisəli müqavilə ötən il İrana qarşı beynəlxalq sanksiyaların götürülməsindən sonra bağlanıb.

Rəsmi Tehran nüvə proqramını məhdudlaşdırmağa razılıq verdikdən sonra iyul ayında 6 dünya gücü İran iqtisadiyyatını yıxmış sanksiyaları ləğv etmək qərarına gəlib.

Prezident Həsən Ruhani deyib ki, bu silahlar müsəlman ölkələrini "terrorizm və İsrail"dən müdafiə etmək üçündür, hərçənd ki, o əlavə edib ki, qonşu ölkələr bu silahlara görə özlərini təhlükədə hiss etməsinlər.


Müəllif:

Oxşar xəbərlər