Almaniyanın Köln şəhərində PKK tərəfdarları tərəfindən avtomobilində Türkiyə bayrağı daşıdığı səbəbiylə hücuma uğrayan türk gəncə aid görünütülər ortaya çıxıb.
Musavat.com xəbər verir ki, hadisə aprelin 10-u "Kiçik İstanbul" olaraq bilinən bölgədə baş verib.
Yayılan görüntülərin ilk saniyələrində təxminən 50 nəfərlik terror təşkilatı yandaşının PKK və Öcalan lehinə şüar ataraq irəliləməsi görülür.
Qrup, daha sonra Türkiyə bayrağı daşıyan maşına dəmir çubuqlarla zərər verməyə başlayıb. PKK tərəfdarları qırılan şüşələrdən maşının içində qalan gəncə də yumruq və dəmir çubuqla vurublar.
Hadisədə 24 PKK yandaşı nəzarətə alınıb.