Krım tatarlarının lideri Mustafa Cəmiloğlu Rusiyanın Krım Tatarları Milli Məclisinin fəaliyyətini dondurandan sonra İslam ölkələrini yetərli dəstək vermədiklərinə görə sərt tənqid edib.
Teleqraf.com-un məlumatına görə, Mustafa Cəmiloğlu "Əl-Cəzirə" telekanlına müsahibəsində bildirib ki, o, İrana səfərə hazırlaşır: "Biz indi İrana səfərə hazırlaşırıq. Onlardan "siz necə müsəlmansız?" deyə soruşacağıq".
Rusiyanın Krıma təyin etdiyi prokuror Natalya Poklonskaya aprelin 13-də məhkəmə qətnaməsinə kimi məclisin dondurulması haqda qərar verib. Bu qərardan az sonra Mustafa Cəmiloğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbul sammitinə dəvət alıb. Zirvə görüşündə Krım tatarlarının da durumu diqqətdə saxlanmalıydı.
Mustafa Cəmiloğlunun sözlərinə görə, Rusiyanın İran və Misirə təzyiqləri nəticəsində İstanbul sammitinin yekun bəyanatında Krım tatarları ilə bağlı maddə çox yumşaq olub. Bəyanatda Krım tatarları ilə bağlı yalnız bir maddə öz əksini tapıb.
Mustafa Cəmiloğlu deyib ki, Türkiyə və Ukraynanın cəhdlərinə baxmayaraq maddə istənilən məzmunda olmayıb: "Ciddi, əhəmiyyətli ifadələri çıxardlar. Bu zaman ən böyük təzyiq Misir və İrandan gəldi".
Mahir