18 Aprel 2016 18:59
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ərazisindən Türkiyəyə iki raket və top mərmisi atılıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, 2 raket mərmisindən biri Kilis Dövlət Xəstəxanasının oksigen anbarına düşüb.

Digər raket mərmisi isə Hatayın Yayladağ ərazisində partlayıb. Hər iki hadisə zamanı ölən və yaralanan olmayıb.

Hadisədən dərhal sonra polis xəstəxanada təhlükəsizlik tədbirləri həyata keçirib.

Bundan başqa, Hatayın Yayladağ mahalında polis bölməsinin yaxınlığına top mərmisi də düşüb. Aparılan araşdırmadan dərhal sonra atışın Suriya ərazisindən gerçəkləşdiyi üzə çıxıb.

Məlumata görə, Bəşər Əsəd rejiminə bağlı ordunun Türkməndağı və Cəbəl Ekra istiqamətində hücumları davam edir.

Yayladağın cənubunda türk polislərinə bağlı bölmə yerləşir. Atılan top da məhz bu əraziyə düşüb.
Hadisədən dərhal sonra Türkiyə tərəfi qarşı tərəfə layiqli cavab verərək atəş nöqtələrini susdurmaq məqsədilə cavab tədbirləri həyata keçirib.

Cavad


Müəllif:

Oxşar xəbərlər