19 Aprel 2016 01:11
2 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Terror təşkilatlarına açıq şəkildə silah yardımı edən Putin Obama ilə telefon danışığında Türkiyə ilə bağlı qalmaqallı bir təklif irəli sürüb. Putin terror təşkilatlarına qoşulmaq üçün terrorçuların Türkiyədən Suriyaya keçdiyi, həmçinin silah göndərildiyini iddia edib. O, bu səbəbdən Türkiyə-Suriya sərhədinin bağlanmasının vacibliyini buldirib".

Teleqraf.com-un xəbərinə görə, bu fikirlər Türkiyənin "Sabah"a qəzetində yer alıb.

Xəbərdə bildirilir ki, Rusiya dövlət başçısı Vladimir Putin və ABŞ prezidenti Barak Obamanın telefon danışığında Suriyadakı durum müzakirə edilib. Prezidentlər Rusiya və ABŞ-ın təşəbbüsü ilə əldə olunan atəşkəs rejiminin davam etməsi və lazımı bölgələrə humanitar yardım göndərilməsinin vacibliyini bildiriblər.

"Kremlin rəsmi internet səhifəsində yer alan xəbərə görə, Putin Obama ilə telefon danışığında Türkiyə ilə bağlı qalmaqallı təkliflə çıxış edib. Putin terror təşkilatlarına terrorçu və silahın Türkiyədən çatdırıldığı iddiasıyla bu ölkənin Suriya ilə sərhədinin bağlanmalı olduğunu bildirib", - "Sabah" yazır.

Nihad


Müəllif:

Oxşar xəbərlər