19 Aprel 2016 12:12
1 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya və ABŞ prezidentlərinin telefon danışığı zamanı Türkiyə-Suriya sərhədinin bağlanması təklifinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, AŞPA-nın yaz sessiyasında iştirak üçün Strasburqa yola düşməzdən öncə baş nazir jurnalistlərin suallarını cavablandırıb. O, Vladimir Putinlə Barak Obamanın təklifinə sərt reaksiya verib.

Baş nazir deyib ki, Türkiyə haqqında son sözü Türkiyə dövləti özü deyə bilər: “Türkiyədən kənarda bağlı qapı arxasında səslənən iki dövlət başçısının fikirləri bizim üçün mənasızdır. Mediaya açıqlanan informasiyanın pərdə arxasında nələrin olduğunu təhlil etmək lazımdır. Türkiyə öz sərhədlərini qaçqınlara humanitar yardım baxımından açıb. Türkiyə qaçqınlara sığınacaq verdiyi üçün dünya bizə təşəkkür etməlidir, bizi sorğulamağa heç kəsin haqqı yoxdur”.

Qeyd edək ki, Putin terror təşkilatlarına qoşulmaq üçün terrorçuların Türkiyədən Suriyaya keçdiyi, həmçinin silah göndərildiyini iddia edib. O, bu səbəbdən Türkiyə-Suriya sərhədinin bağlanmasının vacibliyini buldirib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər