17 İyun 2014 14:12
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Rusiyanın "Qazprom" şirkəti Ukraynaya təbii qaz ixracını dayandırıb.

Teleqraf.com ANS TV-yə istinadən xəbər verir ki, Ukrayna Qazproma 1000 kub metr təbii qaz üçün 268-326 dollar təklif edib. Eyni zamanda ölkənin enerji naziri Yuriy Prodan şirkət rəhbərliyi ilə razılaşma əldə olunacağı təqdirdə, Ukraynanın Rusiyaya təbii qaza olan borclarını 10 gün ərzində ödəyəcəyini bildirib.

Tərəflərin bir-birindən narazı qalması isə sonda işin məhkəməlik olmasına gətirib çıxarıb. Ukraynanın "Naftoqaz" şirkəti, Qazpromu qiymət məsələsində ədalətli olmadığı üçün məhkməyə verib. Qazpromun direktoru Aleksey Miller də borcları geri qaytarmaq üçün qarşı tərəfə məhkəmə işi açıb. Miller qeyd edib ki, Ukrayna bundan sonra Rusiyadan təbii qaz ala bilmək üçün ilkin ödəniş etməlidir. “Burada məsələ təbii qazda deyil, Rusiya Ukraynanı dağıtmaq məqsədi güdür".

Ukraynanın baş nazir Arseniy Yatsenyuk bildirib ki, bu Rusiyanın Ukraynaya qarşı təcavüzünün növbəti mərhələsidir. Ukrayna tanklar, qırıcı təyyarələr alıb Ukraynanın başına bomba yağdırması üçün Rusiyaya illik olaraq 5 milyard dollar verməyəcək - deyə Yatsenyuk qeyd edib.

Hazırda Avropanın təbii qaza olan ehtiyacının 15 faizini Qazprom təmin edir. Ukraynanın Rusiyaya təbii qaza olan borcu isə 4.5 milyard dollara yaxınlaşıb.


Müəllif: