İŞİD terror qruplaşmasının növbəti hədəfləri açıqlanıb. Teleqraf.com xəbər verir ki, təşkilat artıq öz üzvlərini hədəf aldıqları ölkələrə "ezam" ediblər.
Türkiyənin Terrorla Mübarizə İdarəsinin yaydığı məlumata görə, Suriyada İŞİD tərəfində döyüşən Talip, Furkan, Cuma və Memiş kod adlı döyüşçülər artıq bu ölkənin ərazisinə ayaq basıblar.
Yunus.D adlı yaraqlı strateji əhəmiyyət kəsb edən obyektlərin fotolarını çəkərək İŞİD-in mərkəzi qərargahına göndərib. Kəşfiyyat onun yazışmalarını əldə edib.
Türkiyənin Terrorla Mübarizə İdarəsi həmçinin bəyan edib ki, İŞİD-in daha bir hədəfi Almaniyadır. Mahmut Taha Husayn Al-Tai adlı terrorçu Almaniyaya getmək üçün Suriyadan Türkiyəyə keçib. Paris və Brüsseldən sonra İŞİD Berlində terror planlaşdırır, deyə məlumatda qeyd olunur. Ümumilikdə bu prosesə 30-a yaxın kamikadze cəlb olunub.