20 Aprel 2016 00:54
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin özünün yeni qitələrarası ballistik raketini - "Dunfen-41"i (DF-41) sınaqdan keçirib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Pentaqondakı mənbələrinə istinadən Washington Free Beacon bildirib.

ABŞ kəşfiyyatının hesablamalara görə, Çinin "Dunfen-41" ("Şərq küləyi") adlı yeni raketi müstəqil şəkildə ayrı-ayrı hədəflərə yönələ bilən 6-10 nüvə başlığını 10 min kilometrdən uzaq məsafəyə daşımaq gücündədir. Bu, kifayətdir ki, Çin 30 dəqiqə ərzində ABŞ-ın istənilən bölgəsini vura bilsin.

Nihad


Müəllif:

Oxşar xəbərlər