20 Aprel 2016 10:46
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının rəhbəri və İtaliyanın keçmiş baş naziri Romano Prodi Türkiyənin ixtiyarında atom bombası kimi bir vasitənin olduğunu deyib.


Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Romano Prodi Suriya miqrantlarını atom bombasına bənzədib: “Türkiyə nə zaman istəsə onları üstümüzə ata bilər”.

Miqrantların yerləşdirilməsi ilə məşğul olan Cizvit Miqrant Xidmətinin Romada keçirilən toplantısına qatılan və Türkiyə ilə Avropa Birliyi arasında imzalanmış razılaşma sənədinə toxunan Prodi deyib ki, güclərin tarazlığını yönəldən bu razılaşma yetərli deyil:

“Anlaşmanın bir az alver, bir az insani, hətta bir az da hirsli bir saziş olduğunu düşünürəm”.

Mahir


Müəllif:

Oxşar xəbərlər