22 Aprel 2016 01:16
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan hökuməti hələ də Kuhi Nur adlı məşhur və qiymətsiz almaz qaşı Britaniyadan tələb edir.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi məlumata görə, adının mənası Dağ Nuru (işığı) olan bu almaz britaniyalıların əlinə 19-cu əsrdə keçib və hazırda Britaniya monarxiyasının Londonun Tover qəsrində saxlanan tacını bəzəyir.

Bu qiymətsiz almazın sahibliyi bir çox hindistanlı üçün emosional məsələdir və onlar inanırlar ki, Kuhi Nur Hindistan xalqından oğurlanıb. Buna baxmayaraq, bu həftənin əvvəllərində Hindistanın baş vəkili Ali Məhkəməyə deyib ki, “qaş nə oğurlanıb, nə də zorla alınıb”.

Məhkəmədə Hindistan hökumətini təmsil edən Ranjit Kumar bildirib ki, 105 karatlıq almaz Puncab əyalətinin keçmiş hökmdarları tərəfindən 1849-cu ildə Şərqi Hindistan Şirkətinə (East India company) “hədiyyə” edilib.

Lakin Hindistan Mədəniyyət Nazirliyinin yazdığı məktubda bildirlir ki, hökumət “Kuhi Nuru bütün mümkün vasitələrlə və xoş məram tərzi ilə geri almaq niyyətində” qalır.

Bu məktubda həm də deyilir ki, baş vəkilin Hindistanda çoxlarını təəccübləndirmiş bəyanatı hökumətin mövqeyini əks etdirmir. Bu da qeyd olunur ki, hökumət sözü gedən məsələ barədə Ali Məhkəməyə rəsmi müraciət etməyib.

Hindistan mediası isə bu məsələdə ikiyə bölünüb. Bəziləri hökumətin bu daşı nəyin bahasına olursa-olsun qaytarmalı olduğunu yazır, digərləri isə bu məsələnin bu qədər şişirdilməsinə qarşı çıxırlar. The Asian Age qəzeti hökumətin mövqeyindəki 180 dərəcəlik dəyişikliyi alqışlayır və yazır ki, “Kuhi Nurun qaytarılmasının xalqın milli qeyrət məsələsi olduğu bir müddət unudulmuşdu”. Lakin Economic Times məcmuəsi sual edir ki, Londonun Tower qəsrində bir tacın üstündə asılıb qalan “cansız karbon parçasına” görə bu qədər cəhdlər göstərməyə dəyərmi və daha yaxşısı hökumətin daha ciddi məsələlərlə məşğul olması deyilmi? Üzərində bu qaş olan tacı sonunci dəfə Ana kraliça başına qoyub. Bu tac 2002-ci ildə kraliçanın dəfni zamanı da tabutun üzərinə qoyulmuşdu.


Müəllif:

Oxşar xəbərlər