"Moskva Dağlıq Qarabağda atəşkəs haqqında 1994-cü və 1995-ci illərdə bağlanmış sazişlərə ciddi şəkildə riayət olunmasının tərəfdarıdır".
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda ermənistanlı həmkarı Edvard Nalbəndyanla görüşündə deyib:
"Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansı dövrün olduğunu başa düşürük. Rusiya və şəxsən prezident Vladimir Putin atəşin dayandırılması üçün səy göstərdi. İndi əsas məsələ atəşkəs haqqında razılaşmaya ciddi riayət olunmasıdır".
Lavrovun sözlərinə görə, Minsk qrupunun xətti ilə əldə edilmiş gərginliyin azaldılması, etimad və snayperlərə aid razılaşmanı sona çatdırmaq lazımdır: "Siyasi həll məsələsinə gəlincə isə biz hər şey etməyə hazırıq".
Samir