Çin Cənubi Çin Dənizində üzən nüvə stansiyası tikir.
Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, Çin Kommunist Partiyasının rəsmi orqanı olan "Global Times" qəzeti planın bəzi detallarını açıqlayıb.
Dənizdə sərbəst hərəkət edə biləcək və sabit enerji ixrac edəcək nüvə stansiyası platformasının tikintisinə artıq başlanılıb.
Çin Gəmiqayırma şirkətinin direktoru Liu Cınqquo üzən nüvə stansiyasının Çin üçün əhəmiyyətini yüksək qiymətləndirib.
Çinin ilk üzən nüvə stansiyası platforması 2019-cu ildə dənizə buraxılacaq.