22 Aprel 2016 22:15
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Daxili İşlər Nazirliyi Rusiya Federasiyasının Krım Tatar Milli Məclisini "radikal təşkilat" adlandırmasına dair qərarını pisləyib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Krım Tatar Milli Məclisinin demokratik təşkilat olduğunu, uzun illıərdir təzyiqlərə məruz qaldıqlarını bəyan edib.

"Krım Tatar Milli Məclisi tatarların mədəniyyətini qoruyur, onları diskriminasiyadan mühafizə edir. Biz Rusiyanı Krım Tatar Milli Məclisinin "radikal təşkilat" olmasına dair məhkəmənin qərarını ləğv etməyə çağırırıq. Rusiya yetkililərinin Ukraynada tatarların quruluşuna rus qanunlarını gətirmələri üçün heç bir səlahiyyətləri yoxdur. Bir daha Rusiyanı Krımın işğalına son qoymağa və Ukrayna torpaqlarını geri verməyə çağırırıq. İşğal davam etdikcə Krımla bağlı Rusiyaya təzyiqlər davam edəcək", ABŞ DİN-in məlumatında qeyd olunur.

Ayxan


Müəllif:

Oxşar xəbərlər