ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, ABŞ yaxın günlərdə Rusiya ilə Suriyada atəşkəs rejiminin icrasının 24 saatlıq monitorinqinə dair yeni sistemi razılaşdırmaq niyyətindədir.
APA-nın məlumatına görə, Con Kerri bunu “New York Times” nəşrinə müsahibəsində bildirib.
“Biz hətta pozulmaz bir xətt çəkməyi təklif etdik və dedik: “Nə siz onu pozursunuz, nə də ki biz onu pozacağıq – belə olan halda oyun təmiz olacaq”, - deyə Kerri bildirərək, Rusiya tərəfinin hazırda bu təklifi nəzərdən keçirdiyini qeyd edib.
“Düşünürəm ki, gələn həftə ərzində bizə cavab veriləcək", - deyə o əlavə edib.
ABŞ-ın dövlət katibi qeyd edib ki, prezident Barak Obama aprelin 18-də Suriyanın Hələb şəhəri ətrafında hərbi qüvvələrin cəmləşməsi məsələsini rusiyalı həmkarı ilə müzakirə edib.