24 Aprel 2016 13:34
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Radio-Televiziya Ali Qurumu (RTÜK) 17 televiziya kanalının bağlanması barədə qərar qəbul edib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb lisenziya almadan TÜRKSAT üzərindən yayımlanan bu telekanalların verilişlərində qumar oynatması, saxta yarışmalar təşkil etməsi, erotik görüntülər yayması, sağlamlığa zərərli malları reklam etməsi olub.

Qərara əsasən “Yeşil Vadi TV”, “Atlas TV”, “Can TV“, “A Cinema TV”, “Tarz Moda”, “Animalbox”, “Cinemax”, “The Box”, “The West”, “M. Ankara”, “Club Max TV”, “Ful Aksiyon”, “Mastika TV”, “Tosun TV”, “Ezo TV”, “Civan TV”, “Arabesk Melodi TV” bağlanacaq. Qərar TÜRKSAT-a təqdim ediləndən sonra bu kanalların yayımı TÜRKSAT tərəfindən dayandırılacaq.


Müəllif: