25 Aprel 2016 11:08
1 894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın neft paytaxtı kimi tanınmış Atırau şəhərində yüzlərlə adam etiraz aksiyasına çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar Torpaq Məcəlləsinə edilmiş dəyişiklərdən narazıdırlar.

Məcəlləyə olunan son dəyişiklik əcnəbilərin şəxsi torpaq sahələri almasına imkan verir.

Qazaxıstan hökuməti torpağın özəlləşdirilməsini sürətləndirmək məqsədi ilə ötən il Torpaq Məcəlləsinə fermerlərin mülkiyyətində və icarəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı yeni dəyişiklər etməli olub. Dəyişiklik iyunda qüvvəyə minəcək.

Torpaqların əcnəbilərə satılması qadağası saxlansa da, onlarala icarə müqaviləsinin müddəti 15 ildən 25 ilə uzadılıb.

Etirazçılar bu addımın Qazaxıstanın təhlükəsizliyinə qorxu törətdiyini bildirirlər. Aksiyalarda 2 min nəfərin iştirak etdiyi xəbər verilir.

Qazaxıstan kütləvi etirazların nadir hallarda baş qaldırdığı ölkə hesab olunur. Sonuncu dəfə 17 milyonluq bu Orta Asiya ölkəsinin Janaözən şəhirində 2011-2012-ci illərdə kütləvi ixtisarlara görə etiraza qalxan neftçilərlə polis arasında qarşıdrmada 16 nəfər həlak olub. Hazırda neftin qiymətləri və milli valyuta olan təngənin məzənnəsinin aşağı düşməsi əhali arasında sosial narazılıqla müşayiət olunur.

Mahir


Müəllif:

Oxşar xəbərlər