25 Aprel 2016 13:52
3 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə yaxın, orta və uzaq mənzilli raketlərdən müdafiə sisteminin hazırlanmasına başlayıb".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi departamenti rəhbərinin müavini İsmayıl Dəmir deyib.

Onun sözlərinə görə, Türkiyə ötən il 3,4 milyard dollar dəyərində olan layihə üzrə tender elan edib: "Biz heç bir satınalma həyata keçirməyəcəyik. Bütün işlər NATO ilə birgə həyata keçiriləcək. Düşünürük ki, NATO-nun yardımı işlərin sürətlənməsinə səbəb olacaq".

Bundan başqa, Dəmir daxili silah istehsalının inkişafının vacibliyini qeyd edib və bildirib ki, Türkiyə yaxın 7 ildə müdafiə idxalını 1,67 milyard dollardan 25 milyarda qədər artırmağı planlaşdırır. Hazırda Türkiyənin hərbi büdcəsi 20 milyard dollardan artıqdır.

Samir


Müəllif:

Oxşar xəbərlər