"Rusiyanın Ukraynaya qarşı yeritdiyi təcavüzkar siyasəti bütöv, azad və sülhsevər Avropaya təhlükədir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama Hannoverdə çıxışı zamanı deyib: "Rusiya Ukraynaın suverenliyini pozub. Bu isə "soyuq müharibə"dən sonra əldə olunmuş tərəqqini məhv edə bilər".
Obama İŞİD terror təşkilatı ilə mübarizə məsələsinə də toxunub. O bildirib ki, Avropa və NATO İŞİD-ə qarşı mübarizədə səylərini artırmalıdır.
Samir