25 Aprel 2016 21:56
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siqaretinizin tüstüsü siqaret çəkməyən birinə təsir edirsə, o adamdan halallıq almaq lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Diyanət İşləri Nazirliyinin Dini İşlər Ali Təşkilatının üzvü, doktor Mehmet Canbular deyib. Türkiyə Diyanət İşləri Nazirliyinin bu açıqlaması açıq sahədə siqaret çəkənləri məyus edib.

Mehmet Canbular “siqaret qul haqqına girərmi” sualına cavabında belə deyib: “Minlərlə insanın yanında siqaret çəkən birini düşünün, o adam bu insanları tək-tək öz siqareti ilə zəhərləmiş olur. Mən siqaret çəkərkən özümə zərər verdiyim üçün tövbə edə, günahlarımın bağışlanmasını istəyə bilərəm. Amma, sizə zərər verirəmsə, ikinci bir ölçü ortaya çıxır. Bu da, qul haqqına girməkdir. Bu vəziyyətdə mən axirətdə günahsız sayılmaram. Odur ki, belə durumda mütləq siqaret çəkən tüstü ilə zəhərlədiyi insandan halallıq almalıdır”.

Cavad


Müəllif:

Oxşar xəbərlər