Məşhur "İnsanlar üçün, kimi sevirdim" avtobioqrafik kitabının müəllifi fransalı yazıçı Martin Qrey 93 yaşında ölüb.
Teleqraf.com modern.az-a istinadən bildirir ki, onun meyiti Belçikanın Siney şəhərindəki şəxsi evinin hovuzunda tapılıb.
Onun meytinə baxış keçirilib və şübhəli heç nə aşkarlanmayıb. 1922-ci ildə Varşavada anadan olan yazıçı adıçəkilən kitabında öz ailəsinin bəzi üzvlərini faşist hərbi düşərgəsində, eləcə də 1970-ci ildə Fransanın cənubundakı meşə yanğınları zamanı necə itirməsindən yazıb. Bundan əlavə, o, daha 10 kirab müəllifidir.