26 Aprel 2016 00:21
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin ölkəyə qarşı artan informasiya hücumlarının səbəbini açıqlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı hücumların Rusiyanın möhkəmlənməsinə opponentlərin reaksiyası olduğunu deyib.


Prezidentin sözlərinə görə, müstəqil və bacarıqlı Rusiyanı beynəlxalq səhnədə “mühasirəyə almağa” çalışırlar: “Rusiya kimi müstəqil, suveren, kifayət qədər effektiv, şəxsi maraqlarına malik olan bir oyunçu kimə lazımdır”

“Əgər Rusiya Federasiyası özünü zəif aparsaydı, bu, dövlət üçün mənfi nəticələrə gətirib çıxara bilərdi. Rusiya öz mənasını tədricən itirərdi. Düşünürəm ki, növbəti itki müstəqilliyimizin əvəzedilməz itkisi və gələcəyin perspektivləri olardı. Buna heç vaxt imkan verməyəcəyik”, - dövlət başçısı əlavə edib.


Müəllif:

Oxşar xəbərlər